“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


06.07.2023  13:57 

“Space”də nə baş verir: “Məndə səs yazıları, yazışmalar var”





A+  A-

Tanınmış teleaparıcı Zamirə Dadaşova “Space” TV-nin rəhbəri Vado Korovinlə bağlı sensasion iddialar səsləndirib.

Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Space” MMC-nin hazırkı direktoru Vado Korovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru, deyilənə görə, Korovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür ki, əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Aprelin 1-də müəllifi olduğum “Açıq söhbət” verilişinin saat 21:00 efirinə salınmasına baxmayaraq, heç bir səbəb olmadan efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Korovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər.

Səbəbini anlamıram. Deyirəm, siz mənə Vado Korovinin imzası ilə xəbərdarlıq göndərmisiniz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşünasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha doğrudur. Əlimizdə sübut da var ki, feyskontroldan keçməyib. Kadrlar şöbəsinin müdiri deyir “mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. Dərəbəylikdir “Space”də yəqin ki... Bəs mənim əlimdə olan sənəd Vado Korovin üçün sübut deyil? Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilər hallandırır. Fətiyevlər də - üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar”.

Z.Dadaşova daha sonra qeyd edib:

“Space” sizə etibar edilməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşınalıq edib, işçiləri incidəsiniz. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayırsınız. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa, lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiniz? bu ölkənin qanunları var? Bilmirsiniz, sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əməkhaqqı almamağına gətirib çıxarır? Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək”. /Yenisabah.az

Xəbər 1577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +