“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


20.07.2018  14:26 

Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlandı





A+  A-

Təhsil Nazirliyində 15 may 2018-ci il və Mədəniyyət Nazirliyində 14 iyul 2018-ci il tarixində elan edilmiş daxili müsahibələr başa çatıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində aparat rəhbərinin müavini- şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.
Qeyd edək ki, bu dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 20 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 21 nəfər qeydiyyatdan keçib.

Mədəniyyət Nazirliyi üzrə keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvəffəqiyyət göstəricisi 100%-dir. Ümumilikdə isə müsahibədə iştirak edən namizədlər arasında 17 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 2 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 2 namizəd isə müsahibədə iştirak etməyib.

Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +