Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.10.2021  15:23 

Məhkəmə önündə gərginlik - AXCP üzvləri Şamaxı-Yevlax yolunda...





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlanıldığı bildirilir.

Hadisə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası önündə baş verib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədovun işinə baxıb. Saxlanılan 6 nəfər də məhkəməyə buna görə gəlib.

Aralarında qadınların da olduğu saxlanılan şəxsləri polis zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparıb.

Jurnalist Fatimə Mövlamlı “Facebook” səhifəsində yazıb ki, polislər məhkəmənin qarşısında saxlanılan xanımları Şamaxı-Yevlax yolunda, düzənlik bir yerdə düşürüb:



“Polis saxlama zamanı Mətanət Turanın qaşını yarıb. Gülnarə Rahimovanın saçlarını qoparana qədər yolublar. Tünzalə Əmirovanın ürəyi xəstədir, polis onu maşından sürüyərək çölə atıb. Saxlanan qadınlardan Könül Əhmədoba isə hamilədir, aldığı zərbələrdən halı pisləşib, sancısı var”.

Daxili İşlər Nazirliyindən hır hansı açıqlama verilməyib.

Prokuror AXCP fəalı Niyaməddin Əhmədova terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 15 il həbs cəzası istəyib.

Proses açıq olsa da, polis zala heç kimi buraxmayıb.

Niyaməddin Əhmədov partiya lideri Əli Kərimlinin mühafizəçisidir. O, barəsindəki ittihamları qəbul etmir.

Daxili İşlər Nazirliyindən (DİN) saxlanılanlar və polis zorakılığı iddialarına qarşı cavab almaq mümkün olmayıb. /Meydan TV/

Xəbər 2583 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +