Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.06.2024  13:39 

İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Xəzərnews.az xəbər verir ki, Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirən dövlətimizin başçısı bu qanlı cinayətləri qətiyyətlə pislədiyimizi, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəklədiyimizi qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Prezident Vladimir Putinə və Dağıstanın rəhbəri Sergey Məlikova, həmçinin həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıb.//Diaspora.TV

Xəbər 15959 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +