Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.02.2021  11:37 

“Space”ə yeni rəhbər təyin olunub?





A+  A-

Space TV-yə yeni rəhbər təyin olunub.
XəzərNews.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Xatırladaq ki, K. Şahverdiyev indiyə qədər telekanalda icraçı direktor vəzifəsini tuturdu. O, dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşidlə evlidir. K. Şahverdiyev eyni zamanda Rəşid Behbudov Fondunun da direktorudur.

Qeyd edək ki, kanalın eks-rəhbəri Vaqif Mustafayev fevralın 5-də tutduğu vəzifədən azad edilib. O, kanala 2006-cı ildən rəhbərlik edib.

“Space” telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama vermişdi. O qeyd etmişdi ki, son zamanlar Space TV-nin fəaliyyəti onu da narahat edib və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib.

Telekanalın qurucusu rəhbər vəzifəsinə həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi.

***

Space TV-dən "Qafqazinfo"ya bildirilib ki, Kamil Şahverdiyev müvəqqəti olaraq kanalın rəhbəri vəzifəsini icra edir.

Xəbər 2932 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +