Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


31.08.2020  12:21 

Bakıda kişi 30 il görmədiyi arvadından boşandı





A+  A-

Bakıda 30 il öncə ailə həyatı quran kişi ötən ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, R. Həsənov Nəsimi rayon məhkəməsinə müraciət edərək bildirib ki, 1990-cı ildə N. Aşumova ilə nikaha daxil olub: “Ailə qurduğumuz ilk vaxtlar münasibətimiz normal olsa da, sonradan pozuldu, xasiyyətimiz uyğun gəlmədi. Bir il yarım birlikdə yaşadıq, daha sonra o çıxıb getdi. O vaxtdan onu görməmişəm, harada olduğunu da bilmirəm. Artıq ailəmiz dağılıb, bərpasına ümid yoxdur. Övladımız da olmadı. Nikahımız da formal xarakter daşıyır, saxlanılmasına lüzum yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

İddiaçı R. Həsənov məhkəmə prosesində iştirak etsə də, arvadı N. Aşumovaya iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməyib.

Məhkəmə onlar arasında nikahın pozulmasına qərar verib.

Xəbər 2059 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +