Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.08.2020  13:52 

Sərhədlərlə bağlı açıqlama





A+  A-

“Azərbaycan vətəndaşlarının xaricdən gətirilməsi üzrə gələn həftəlik proqramımız hazırdır. Artıq bu proqram barəsində qərarlarımız da var. Azərbaycan-Rusiya quru sərhədi boyunca vətəndaşlarımızın ölkəyə gəlməsi intervalla və Rusiyanın aidiyyati strukturları ilə əqələndirilmiş şəkildə həyata keçirilir”.
XəzərNews.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, burada işlənmiş bir mexanizm var, Azərbaycanın aidiyyati strukturları Rusiyanın strukturları ilə yaxın əməkdaşlıq şəraitində bunu həyata keçirirlər və vətəndaşlarımızın qeydiyyatı təmin olunur.

O, əlavə edib ki, əvvəlki qərarlarda göstərildiyi kimi bir sıra istisnalar olmaqla, ölkədə sərhədlərin bağlı olması davam edəcək.

“Eyni zamanda, Mərkəzi Asiya regionundan, Qazaxıstan və Türkmənistandan Azərbaycan vətəndaşlarının testləri verərək müxtəlif qruplarla, bərə nəqliyyatı vasitəsilə olmaqla ölkəyə gətiril məsi nəzərdə tutulur. Bundan başqa, Bakı-Moskva istiqamətində xüsusi reysin həyata keçirilməsi ilə bağlı qərar var. Bu da aidiyyati strukturlarla əlaqələnməlidir. Hazırda Bakı-İstanbul istiqamətində reyslərimiz fəaliyyət göstərir. Vətəndaşlar koronavirus testi verərək təyyarənin göyərtəsinə daxil ola bilərlər”, - H.Hacıyev bildirib.

PA-nın şöbə müdiri həmçinin vətəndaşlara müraciət edərək bildirib ki, zərurət olmadığı təqdirdə xaricə səfərlərə getməsinlər. Çünki hər zaman reyslərin dayandırılması, fövqəladə vəziyyətin meydana çıxması riski var.

Xəbər 2039 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +