Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.10.2019  17:32 

Vilayət Eyvazovdan “102” Xidməti ilə bağlı əmr





A+  A-

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq.

Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır.

Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

Xəbər 1602 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +