Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.06.2018  16:11 

Büdcədən 58 milyon ayrıldı - Prezident fərman vermişdi





A+  A-

“Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələn tədbirlərin maliyyə təminatı üçün ayrılacaq məbləğin həcmi müəyyənləşib.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, bu barədə məlumat 2018- ci ilin yenidən baxılacaq dövlət büdcəsi sənədində əks olunub. Belə ki, sözügedən şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün 58,3 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384,0 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128,0 milyon manat vəsait yönəldiləcək.

Xəbər 1176 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +