Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.02.2019  11:06 

“Azərbaycan prezidenti ilə görüşməliyik” - Paşinyan





A+  A-

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 27-də İranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyinin anonsunu verib.
XəzərNews.az-ın “Regnum.ru”ya istinadən xəbərinə görə, o, görüşdə bildirib ki, Ermənistan hökumətinin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılması”dır.

“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, lakin onun əsas istiqamətini danışıqlar formatının müzakirəsi təşkil edəcək. Hələ ki, format ətrafında razılığa gəlməmişik, təmasları rəsmi danışıqlar hesab etmək olmaz. Mən Ermənistan adından danışıram, çünki bu ölkənin baş naziriyəm. Mən Dağlıq Qarabağın adından danışmıram”, - deyə erməni baş nazir deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.

Xəbər 1769 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +