Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


27.03.2023  16:09 

Rövşən Nəcəf şikayətlərə niyə məhəl qoymur?





A+  A-

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.

XəzərNews.az xəbər verir ki, bunu Meydan TV-yə SOCAR-da işləyən bir qrup neftçi deyib.

Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarla növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur.
Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”, - neftçi deyib.

Neftçilər şirkətin mərhum prezidenti Natiq Əliyevdən sonra onların taleyilə heç kimin maraqlanmadığını deyirlər. Bildirirlər ki, Rövnəq Abdullayev və Rövşən Nəcəf əməkhaqlarının artırılmasından tutmuş, daşınma, qidalanma və digər problemlərlə bağlı çoxsaylı şikayətlərə məhəl qoymur:

“Natiq Əliyevdən sonra gələnlər ancaq fəhlənin canına qənim kəsilib”.

Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən digər şirkətlərdə də yerli fəhlələrin əməkhaqqısı aşağıdır. “Bahar enerji” şirkətində çalışanların maaşı təxminən 750 manata yaxındır. “Binəqədi oil” şirkətinin əməkdaşları isə bildiriblər ki, 4 faiz artımdan sonra maaşları orta hesabla 600 manat olub.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, neftçilərin maaşına artım edilməyib:

“Bununla bağlı şirkət prezidentinə həm neftçilər, həm də təşkilat tərəfindən müraciət ünvanlanıb. Prezident, vitse-prezidentlər, baş mühəndislər yüksək əməkhaqqı alsa da, qurudakı neft və qazçıxarma idarələrində işləyən neftçilərin aylıq tarif maaşı 400-500 manatdır. Neftçilər hələ də gözləyirlər, ümidlərini üzməyiblər”, - Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR-da tanışlıq, qohumluq əlaqələrilə işəgötürmə davam edir:

“Məsələn, Geofizika və Geologiya İdarəsində idarə rəisi öz qohumlarını istədiyi vəzifəyə təyin edib. Rəisin bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi, digər bacısı oğlu Orxan İsmayılov qravimetria rəisi, qardaşı Mübariz sınaq quyusunun rəisi, qayını Elvin, əmisi oğlu Elbrus, xalası uşaqları həmin idarədə çalışırlar. Bütün bunlara isə həmkarlar təşkilatı susur. Neftçilərin problemləri, işdən çıxarılan fəhlələrin hüquqları, bir sözlə, çoxsaylı şikayətlər həllini tapmır”.

SOCAR-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Xəbər 1037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +