Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


13.02.2020  17:11 

Rauf Arifoğlunun dairəsi də ləğv edildi





A+  A-

Ümid Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasına müraciət edib.
XəzərNews.az xəbər verir ki, müraciətdə bildirilir ki, səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib.

Protokollar partiya nümayəndələrinə verilməyib. MSK bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıb. MSK tərəfindən 35 saylı seçki dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. MSK müəyyən edib ki, həqiqətən 35 saylı dairənin bütün məntəqələrində seçki qanunvericiliyinin tələbləri pozulub. Protokollar həmçinin verilməyib, eyni zamanda, onlarda uyğunsuzluq aşkarlanıb.

Beləliklə, MSK qərara alıb ki, 35 saylı seçki dairəsində bütün məntəqələrdə pozuntulara yol verilib və həmin dairədə seçkinin nəticələrini etibarsız hesab edib.

Qeyd edək ki, sözügedən dairədə MSK-nın nəticələrinə görə, lider namizəd tanınmış jurnalist Rauf Arifoğlu idi.

Xəbər 1820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +