Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


29.04.2023  22:10 

“İnşallah, Oqtay… Görüşəcəyik” - Dilarə





A+  A-

Aktrisa Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra ilk dəfə danışıb.

O, aparıcısı olduğu “Söhbət var” proqramında həmin qəzadan danışıb.

Sənətçi həyat yoldaşından danışarkən, göz yaşlarına hakim ola bilməyib:

“Deyəcək sözlərim var. Bu verilişə başlayarkən, haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən sənət, sirr, dərd, ömür-gün yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm?! Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm… Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrı, ürəyimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında idin.

İndi sən hamının yadındasan. Harada desən, orada var idin. Amma mən qəzada ayılanda yanımda yox idin. Hər səhərimi səninlə açardım. Məndən əvvəl oyanardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Həmişə hər işin arxasınca məndən əvvəl gedərdin, rahatlaşdırardın. Amma bu dəfə məndən qabağa düşdün. İnşallah, Oqtay… Görüşəcəyik”./olay.az

Xəbər 969 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +