Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.12.2022  10:18 

“Dayanırıq, mübarizə aparırıq və qalib gələcəyik“ - Zelenski





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 22-nə keçən gecə Kiyevdə ABŞ Konqresindəki çıxışının sonunda Donetsk vilayətinin Baxmut şəhərindən olan hərbçilərdən Ukraynanın döyüş bayrağını amerikalı qanunvericilərə təhvil verib.

XəzərNews.az xəbər verir ki, Prezident çıxışı zamanı bildirib ki, dekabrın 20-də cəbhə xəttində yerləşən Baxmutda olub və Ukrayna qəhrəmanları bayrağı ona təhvil veriblər.

"Ukraynanı, Avropanı və dünyanı canları bahasına müdafiə edənlərin döyüş bayrağı. Onlar bu bayrağı sizə, qərarları milyonlarla insanı xilas edə biləcək ABŞ Konqresinə - Nümayəndələr Palatasının üzvlərinə və senatorlara verməyimi xahiş ediblər. Qoy bu qərarlar veriləndə bu bayraq sizinlə olsun”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, bu bayraq qələbəmizin simvoludur:

"Biz dayanırıq, mübarizə aparırıq və qalib gələcəyik. Çünki biz birlikdəyik. Ukrayna, Amerika və bütün azad dünya".

Bu sözlərdən sonra dövlət başçısı Ukraynanın döyüş bayrağını ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə təqdim edib.

Pelosi də öz növbəsində Zelenskinin Vaşinqtona səfəri şərəfinə Kapitolinin binası üzərində olan ABŞ bayrağını Zelenskiyə təqdim edib.

XəzərNews.az

Xəbər 1251 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +