Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.12.2022  13:42 

Bu uşaq şiddətə məruz qalıb? - Açıqlama





A+  A-

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, K.Ağazadə aidiyyəti dövlət qurumlarının sosial şəbəkə hesablarını işarələyərək azyaşlının xilas edilməsini tələb edib:

“Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, DİN-in Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib “Kəmalə xanım, istintaq gedir, gözləyirik!”

“Totu” ləqəbli uşaq isə ölür! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı, ölür uşaq...”

DİN Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

Xəbər 1433 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +