İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


05.02.2024  11:46 

“ Namizədlər bu imkandan yararlanaraq...” - Vasif Həsənli





A+  A-

“Azərbaycanda indiyə qədər keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, o cümlədən, referendumlarda medianın fəaliyyətinə qanunvericilik çərçivəsində nəzərdə tutulmuş şərait yaradılıb. 7 fevral prezident seçkilərində də media öz fəaliyyətini sərbəst şəkildə yerinə yetirir. Müqaysə aparsaq, bu dəfə əlavə fərqlər də ortaya çıxıb. Bu seçkilərdə namizədlərin təşviqat kampaniyasında çap və audiovizual media subyektləri ilə yanaşı, onlayn media da iştirak edir. Ödənişli təşviqat üçün 44 media orqanı qeydiyyatdan keçib ki, onlar arasında onlayn media subyektləri də vardır”.

Xəzərnews.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli deyib.

Baş redaktor vurğulayıb ki, onlayn media subyektlərinə seçki təşviqatında iştirak üçün şərait yaradılması namizədlər də əlavə imkanlar yaradıb: “Onlayn medianın auditoriyası kifayət qədər genişdir və hazırda cəmiyyətin informasiya təminatında əhəmiyyətli paya sahibdir. Namizədlər bu imkandan yararlanaraq təşviqat mərhələsində daha geniş auditoriyanı əhatə edə bildilər”.

V.Həsənli bildirib ki, təşviqat kampaniyasında heç bir neqativ halın yaşanmaması, bütün namizədlərə bərabər şəraitin yaradılması Azərbaycanın demokratik prinsiplərə əsaslanan seçki ənənəsinə malik olduğunu bir daha nümayiş etdirir: “7 fevralda növbəti dəfə şəffaf və azad seçki nümunəsinin şahidi olacağıq. Bu seçkilər Azərbaycan mediasının seçki təcrübəsinin zənginləşməsinə də töhfə verəcək”.

Xəbər 1029 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +