İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


29.01.2024  12:18 

104 min manatı mənimsəyən rəisə cinayət işi açıldı





A+  A-

Masallı rayonu MKTB-də aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Xəbər 1100 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +