İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


26.01.2024  20:50 

BDU-da radiasiya qaydalarına riayət edilmədiyi aşkarlanıb





A+  A-

BDU-da iş zamanı radiasiya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Bakı Dövlət Universitetinə (BDU) cərimə protokolu yazılıb.

Xəzərnews.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, universitet barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Buna səbəb isə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi iddiasıdır.

Məhkəmə işi Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 268-ci maddəsində radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması hallarına görə cərimə nəzərdə tutulub. 268.0.1-ci maddəsində deyilir ki, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.


Xəbər 1141 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +