Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


26.12.2022  19:04 

Bu məmurun həyat yoldaşı bir ildə 53 dəfə səfər edib





A+  A-

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.

Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubayda bu qədər uzun müddət qalması təsadüfi deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, əsasən də London, Dubay və Türkiyəyə olub.

Mərhum nazir Yavər Camalovun dövründə müavin postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.

Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan Londona, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.

63 yaşlı nazir müavini Yəhya Musayev isə Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da Bakıya qayıdıb.

Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var./Unikal

Xəbər 976 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +