Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


21.12.2022  17:41 

Zamanında geri çəkilməyi bacarmayan...





A+  A-

...Vəssalam! Zamanında geri çəkilməyi bacarmayan, nəfsinə yenik düşən, xalqdan çıxıb da xalqıyla özü arasına böyük bir sədd çəkən, özünü hamıdan üstün tutan daha bir sərvətə həris Rəhbərin acı və rüsvayçı çöküş hekayəsi bitdi!

"Zülmlə abad olan bir gün bərbad olar", - deyən atalarımız yenə haqlı çıxdı...

Zülmə məruz qalanların dirçəlişləri, ah-nalə dolu hekayələrisə bundan sonra eşidiləcək!
Yaltaqların və məddahların "Biz ölərik, səni tək qoymarıq!" şüarları altında əyləşdiyi qızıl taxtda məst olan Səddam da son anadək hesab edirdi ki, heç kəs onu hakimiyyətdən sala bilməz, səltənəti daimidir, əbədidir. Bir də onda ayıldı ki, bütün ətrafı onu satıb, qaçmağa, sığınmağa belə, yeri yoxdur! Məhkəmədə ilk üzünə duranlar da elə həmin yaltaq əyanları, şəxsiyyətini sındırıb alçaltdığı məmurları oldu!

Hindlilərdə çox gözəl bir atalar məsəli var: "Zülm küləyi əsən dənizdən yalnız intiqam buxarı qalxar".

Böyük "Qurani-Kərim"sə buyurur: "Qisasda sizin üçün həyat var".

Qisasını ala bilməyən məzlumların haqqını həmişə Allah qoruyar, bunu heç kəs unutmasın!

Qeyd: Talıbov uzaqgörən adam olsaydı, elə bu fotonun çəkilib yayıldığı tarixdə - 2019-cu ilin 18 noyabrından sonra könüllü istefa verməliydi!

Elxan Şükürlü

Xəbər 1060 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +