Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


23.07.2022  09:48 

Həmin xanım dietoloq Ləman Süleymanovadır...





A+  A-

Xəbər verdiyimiz kimi, dünən aparıcı İlkin Həsəni həyat yoldaşını təhqir edən xanımla bağlı DİN-ə video-müraciət ünvanlayıb. Məlum olub ki, həmin xanım dietoloq Ləman Süleymanovadır.

XəzərNews.az xəbər verir ki, bu gün Ləman Süleymanova da "Instagram" hesabından Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Dietoloqun sözlərinə görə, 2 ay əvvəl bir xanım yolun ortasında fotosessiya edirdi:

“Mən avtomobilimə əyləşmək istəyəndə ondan xahiş etdim ki, mənə icazə verin. Xanım isə məni küçə söyüşləri ilə təhqir etməyə başladı. 2 ay boyunca mənə şantaj xarakterli zənglər olunub. Dünən öyrəndim ki, həmin xanım İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni imiş.

Mənə zəng olundu və özünü polis kimi təqdim edən şəxs məni 37-ci Polis Bölməsinə dəvət etdi. Lakin həmin şəxş özünü təqdim etmədi. Daha sonra məlum oldu ki, həmin şəxs polis adı ilə İlkin Həsəni imiş”.

L.Süleymanova bildirib ki, ona təzyiq olunmağa başlayıb:

“Tələb edirəm bu iş məhkəməyə göndərilsin. Kim günahkardırsa, kim təhqir edibsə qanun qarşısında cəzalandırılsın”.

Dietoloq İlkin Həsəninin xanımı tərəfindən küçə söyüşləri ilə təhqir edildiyini deyib.

Qeyd edək ki, dünən aparıcı İlkin Həsəninin müraciətindən sonra DİN-in Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Xəbər 3900 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +