Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


22.07.2022  10:09 

Assosiasiya Milli Mətbuat günü ilə bağlı tədbir keçirdi - Fotolar





A+  A-

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib. Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

XəzərNews.az xəbər verir ki, "Xəmsə" şadlıq sarayında təşkil olunan tədbirdə çıxış edən Assosasiyanın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru Dünya Sakit Milli Mətbuat Günü ilə bağlı jurnalistləri təbrik edib.

Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli sahibkarlara göstərdikləri dəstəyə görə media mənsublarına təşəkkür edib.

M.Həsənli həmçinin ötən müddət ərzində çalışdıqları sahədə baş verən yeniliklər, Assosasiya tərəfindən irəli sürülən təkiliflərin hökumətin ayrı-ayrı qurumları tərəfindən müsbət dəyərləndirildiyindən söz açıb:

"Bir müddət əvvəl dünya bazarında soya, günəbaxan və digər yem məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin qiymətinin artmasına səbəb olmuşdu. Toyuq yemi üçün idxal olunan xammal məhsullarından ƏDV-nin ləğv olunması işimizi xeyli asanlaşdırdı. Bundan sonra iri ticarət müəssisələri ilə quş əti istehsalçıları arasında yaranan anlaşılmazlıq da aradan qalxdı. Medianın bu məsələləri işıqlandırması da bu problemlərin həllini sürətləndirdi".

Daha sonra tədbirdə sahibkarlarla işləyən dövlət qurumlarının rəsmilərinə də söz verildi. Onlar nümunəvi sahibkarlıq fəaliyyətinə görə tədbir təşkilatçılarına təşəkkür etdilər.

Tədbirdə jurnalistlər adından çıxış edəm Ləman Ələşrəfqızı, Aygün Muradxanlı, Seymur Verdizadə, Aqil Ələsgər göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıblar.


















Xəbər 1992 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +