Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


23.04.2021  09:15 

Bu ölkədə 3,4 milyona yaxın insan aclıq təhlükəsi altındadır





A+  A-

Myanmada hərbi çevriliş və etiraz aksiyaları fonunda yaşanan böhrana görə 3,4 milyona yaxın insan aclıq təhlükəsi altındadır.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Ümumdünya Ərzaq Proqramının Myanma üzrə rəsmisi Stiven Anderson bildirib.

Onun sözlərinə görə, çevrilişdən sonra ölkədə həyat xeyli bahalaşıb, işsizlik artıb.

Anderson deyib ki, çevriliş və vətəndaş itaətsizliyi səbəbindən istehsal, tikinti, qida sənayesi və xidmət sahəsi əhəmiyyətli dərəcədə azalıb.

“Əgər birgə addımlar atılmasa, növbəti 3-6 ay ərzində Myanmada azı 3,4 milyon insan əsas qida məhsullarına olan tələbatını qarşılamaqda çətinlik çəkəcək”, - təşkilatın nümayəndəsi qeyd edib.

O bildirib ki, çevrilişdən sonra ölkədə düyünün qiyməti 5 faiz, yağın qiyməti isə 18 faiz artıb.

Anderson Dünya Qida Proqramının regionda humanitar fəaliyyəti gücləndirəcəyinə əminliyini ifadə edib.

Xəbər 1772 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +