Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur


12.03.2021  12:08 

Bakıda ictimai yerdə koronavirus xəstələri aşkarlandı





A+  A-

Dünən Bakıda ictimai yerlərdə hərəkət edən COVID-19 xəstələri aşkarlanıb.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, martın 11-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bakı şəhər sakinləri, 59 yaşlı K.Axundovaya və 32 yaşlı İ.Quliyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıblar.

K.Axundova barəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

Xəbər 2072 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +