Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


08.06.2018  11:57 

“Facebook”un səhvi 14 milyon istifadəçini narazı saldı





A+  A-

Tanınmış sosial şəbəkə “Facebook”un yeni səhvi onu yenə qalmaqala cəlb edib.
XəzərNews.az xəbər verir ki, yeni funksiyanın testini keçirən şirkət səhvən 14 milyon istifadəçinin şəxsi məlumatlarını ümumi istifadəyə açıq edib.

“Facebook”un proqram təminatında yeni funksiyaya görə buraxılmış səhv digər istifadəçilərə 14 milyon istifadəçinin şəxsi məlumatlarına giriş verib. Beləliklə proqram təminatı istifadəçilərin şəxsi məlumatlarını özləri gizlətsə belə hər kəsə açıq ayarlayıb.

Proqram təminatındakı səhv mayın 18-dən 27-nədək olan dövrdə edilən paylaşımlara aiddir. Həmin dövrdə yalnız xüsusi insanlar üçün belə edilən paylaşımlar da ümumi istifadəyə açıq ayarlanıb.

Şirkət rəhbərliyi artıq səhvin aradan qaldırıldığını və bütün ayarların əvvəlki vəziyyətinə gətirildiyini qyed edib.

Qeyd edək ki, bu səhv tanınmış sosial şəbəkənin istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi sahəsində ilk qalmaqalı deyil. Bundan əvvəl də şirkət “Cambridge Analytica” şirkətinə və telefon istehsalçılarına istifadəçilərin şəxsi məlumatlarının ötürülməsi ilə əlaqədar qalmaqallar yaşayıb.

Xəbər 1296 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +