İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


31.05.2018  09:46 

Sonuncu sınaq imtahanı keçiriləcək





A+  A-

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat 4 iyun saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilir. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdirilir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

İyunun 10-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək. “Azərbaycan dili” imtahanında iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmamaları xahiş olunur!

Xəbər 1156 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +