İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


30.05.2018  10:46 

Rəşid Mahmudovdan sensassion AÇIQLAMA: “Onun üzünə tüpürmüşəm”





A+  A-

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan "Zaurla günaydın” proqramını sərt şəkildə tənqid edib.
XəzərNews.az xəbər verir k, Rəşid Mahmudov Sfera.az-a açıqlamasında sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevi hədəf alıb:

"Axı Zaur Baxşəliyev kimdir ki, onun qonaqları da nə olsun? Mən televiziyada açıq şəkildə demişəm ki, Azərbaycanın bəzi telekanalları xalqımızın mənəviyyatını pozmaqla məşğul olur. O necə aparıcılıqdır? Arvad efirdə şıllaq atır, müğənni neyləyir və sairə. Axı bu cür adamlar nə üçün efirə buraxılır? Həmin Zaur Baxşəliyevi mən bir neçə il əvvəl ifşa edib üzünə tüpürmüşəm. Həmin Zaur efirdə fahişəliyi, əxlaqsızlığı təbliğ edir. ATV-nin Vüqar Qaradağlı adında keçmiş prezidenti vardı. Allah onun atası Aydın Qaradağlıya rəhmət etsin. Heyf o cür atadan ki, onun belə oğlu var. Bir neçə il öncə bütün bunlarla bağlı Vüqar Qaradağlıya şikayətimi bildirdim. Gedib qəfil Vüqar Qaradağlının otağının qapısını açıb ona dedim ki, sizin bu millətə yazığınız gəlmir. Dedim ki, ayıb deyil, Zaurun o cür veriliş aparmasına nə üçün icazə verirsiniz? Ona bildirdim ki, belə çıxır ki, Sovet İttifaqı dövründə millətimizin namusunu ruslar qoruyub. "Ayıbdır” deyib, üzünə tüpürdüm. Sonra da qapını vurub çıxdım”.

Rəşid Mahmudov bildirib ki, bu cür verilişlərdə insanları sındırırlar:

"Özləri də sındırılır, arvadları da onlara kişi kimi baxmır”.

Xəbər 1552 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +