İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


28.05.2018  16:34 

Müsavat Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirdi





A+  A-

Bu gün, mayın 28-də Müsavat Partiyası 28 May – Respublika günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində olan abidəsinin qarşısında Cümhurriyyətin 100 illiyi münasibəti ilə bayram mitinqi keçirdi. Abidə önünə yürüşlə gələn aksiya iştirakmıları, “Azərbaycan!”, “Rəsulzadə”, “Qarabağ”, “Siyasi məhbuslara azadlıq!”, “Müsavat” şüarları səsləndirdilər.
XəzərNews.az xəbər verir ki, mitinqdə, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Məclis sədri Nüşabə Sadıxlı, Divan üzvləri Yadıqar Sadıqov və Vəfa Cümşüdlü, başqanın müavini Osman Kazımov, istiqlalçı millət vəkili İsgəndər Həmidov, Rəsulzadə irsinin araşdırmaçısı Yasəmən Qaraqoyunlu və digərləri çıxış etdilər.

Çıxışlarda müsavatçılar və bütün cumhuriyyətçilər İstiqlal bayramı münasibəti ilə təbrik edildi. Milli müstəqilliyimizin Rəsulzadə və onun silahdaşlarının zəhmətlərinin bəhrəsi olduğu qeyd edildi. Bildirildi ki, İstiqlala nail olmağımız və onu 70 illik sovet işğalından sonra bərpa etməyimiz xalqımızın azadlığa, demokratiyaya olan münasibətinin göstəricisi, xalqımızın yetkinliyinin nəticəsidir.

İ.Qəmbər çıxışında «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» dedi. O, mübarizəni davam etdirəcəyinə and içdi. Onunla bərabər meydandakılar da and içərək daha sonra «Azərbaycan» şüarını səsləndirdilər.

Bayram mitinqində məktəbli Humay Əlilinin ifasında Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri səsləndirildi.

Daha sonra Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən açıq şahmat turnirinin qaliblərinə mükafatlar təqdim edildi.

Mitinqdən sonra müsavatçılar öndərin abidəsi önündə xatirə şəkilləri çəkdilər.







Xəbər 1980 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +