İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


03.04.2017  12:42 

“Kamillik” İB yeni layihənin icrasına başladı





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihənin məqsədi mədəni müxtəlifliyin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm də indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.
Layihə çərçivəsində mədəni özünüifadə müxtəlifliyi təşviq olunacaq, müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı və sərbəst ineqrasiyası öyrəniləcək, gənclərə digər mədəniyyətlərə hörməti aşılanacaq, dövlətin bu istiqamətdə gördüyü işləri müxtəlif auditoriyalarda ictimailəşdiriləcək.
Layihə müddətində azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və onların mədəniyyətlərinin müxtəlif tərəfləri haqqında informativ məlumatlar toplanacaq. Multikultural subyektlərin mədəniyyəti ilə bağlı toplanmış materiallar rus və ingilis dillərinə tərcümə olunacaq. Tərcümə olunan materiallar Bulleten formasında (rus və ingilis dillərində) Azərbaycanın bir neçə (təxminən 5-6) ali məktəbində təhsil alan xarici ölkə vətəndaşları arasında paylanacaq. Tərcümə materialları yerli rus və ingilis dilli internet resurslarda yerləşdiriləcək.
Azərbaycandakı mədəni müxtəliflik ölkədə təhsil alan yerli və xarici tələbələrin diqqətinə çatdırılacaq.

Xəbər 1613 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +