İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


29.03.2017  15:17 

ANS Zoologiya İnstitutunun binasını boşaltmağa tələsmir





A+  A-

Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt versə də, şirkət hələ də ərazidədir.
Zoologiya İnstitutunun direktoru Elman Yusifov açıqlamasında məsələ ilə bağlı danışıb. O, bildirib ki, ANS rəhbərliyi ilə əlaqə saxlamaq mümkün deyil.

“Neçə vaxtdır ki, ANS rəhbərliyini tapa bilmirik. Sonuncu dəfə ANS rəhbərliyi demişdi ki, martın 23-ü Zoologiya İnstitutunu boşaldacaq. Amma onlar hələ də bizim ərazidədirlər. Heç bir boşaldılma işləri aparılmayıb. Rəhbərliyi də tapa bilmirik ki, dərdimizi deyək. Bilək ki, çıxırlar, yoxsa, qalırlar. Əslində, martın 23-də şirkətin ərazimizi tərk etməsini ANS rəhbərliyi bəyan etmişdi. Biz də dedik ki, 23-ü deyirlərsə, olsun 23-ü. Bu gün isə martın 29-dur. Biz isə ANS rəhbərliyini tapa bilmirik. Nədənsə qaranlıq qalan məsələ uzanır. Görək nə olur. Təəssüf ki, telefonlarımıza cavab da vermirlər”.
Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin, həmçinin, telekanalla birlikdə "ANS ÇM" radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.

(modern.az)

Xəbər 1995 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +