İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


28.03.2017  16:36 

1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan olundu





A+  A-

Elmin İnkişafı Fondu 2016-cı il mayın 17-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı "Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli sazişin müddəalarını nəzərə almaqla 1-ci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
XəzərNews.az xəbər verir ki, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17,00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin 4-cü rübündə açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan "e-QRANT”-"Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə Fondun məsləhət seminarlarının keçirilməsi də nəzərdə tutulub.

Rusiya Fundamental Tədqiqatlar Fondunun müvafiq elanı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://www.rfbr.ru/rffi/ru/contest/o_1969520

Xəbər 1614 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +