Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.05.2020  14:49 

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Faktiki hava





A+  A-

Mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib.
Bu barədə XəzərNews.az-a Milli Hidrometeorologiya Xidmətinin məlumat verib.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 mm olub.

Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25 m/s, Naftalan, Daşkəsəndə 23 m/s, Ağstafada 22 m/s, Şəki, Xaçmaz, Ağdamda 20 m/s, Göyçayda 19 m/s, Gəncə, Qubada 18 m/s, Şabranda 16 m/s, Mingəçevir, Yevlaxda 15 m/s olub. Abşeron yarımadası və Abşeron Dəniz rayonunda şımal-qərb küləyi Pirallahıda 30 m/s, Qum adası, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Neft Daşlarında 24 m/s, Sumqayıt, Bakıda 22 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Temperatur iqlim normasından 2.2 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31, aran rayonlarında 31-34 dərəcə, dağlıq rayonlarda 22 dərəcəyədək, Naxçıvan MR-da 21-30 dərəcə isti olub.

Xəbər 944 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +