Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə


17.01.2025  21:16 

Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?





A+  A-

"Karat Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində barəsində cərimə protokolu yazılıb.


XəzərNews.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İşə 30.01.2025-ci il tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq"in keçmiş deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Məlumatlara görə, şirkətin qanuni təmsilçisi İqdam Umudov keçmiş deputatın qohumudur./Qaynarinfo

Xəbər 2224 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +