Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.08.2022  22:32 

Bina tikmək üçün ağacları kəsdilər - Fotolar





A+  A-

Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağaclar kəsilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sözügedən ünvanda kafe-restoran fəaliyyət göstərib:

“Daha əvvəllər isə sadəcə yaşıllıq olub. Həmin kafe-restorana görə seyrələn ağaclar indi də yaşayış binasının tikintisinə görə sıradan çıxarılır. Əvvəl yaşıllıq içində yüngül konstruksiya ilə kafe-restoran açırlar, insanların gözü yeni mənzərəyə alışır, ərazinin keçmişi unudulur, sonra orada böyük tikinti işləri aparırlar.

Yaxud məhəllədə standart ölçüdə qaraj tikirlər, illər ötür, sonra qarajın ətrafındakı ərazini də zəbt edib onu supermarketə çevirirlər. Amma ərazinin imkanları ilə tikintinin növü və miqyası arasında uyğunsuzluq nəzərə alınmır”.

Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı quruma daxil olan şikayət araşdırılıb:

“Araşdırma zamanı ağacların sözügedən ərazidə çoxmərtəbəli binanın tikintisi məqsədilə qazıntı işləri aparan “Garant İnşaat” MTK tərəfindən kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə o əlavə edib./BAKU.WS





Xəbər 1675 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +