Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.04.2017  12:09 

Avropa çempionatı başlayır - İlk gündə 4 cüdoçumuz





A+  A-

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürür.
XəzərNews.az xəbər verir ki, kişilərdə 60, 66, qadınlarda isə 48, 52, 57 kiloqram çəki dərəcələri üzrə qaliblərin müəyyənləşəcəyi ilk gündə 4 təmsilçimiz tatami üzərinə çıxacaq.

Kişilər, 60 kq

Burada ölkəmiz son iki əsas qitə yarışın gümüş mükafatçısı Orxan Səfərovla təmsil olunacaq. 25 yaşlı cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayacaq ki, onun rəqibi hələ müəyyənləşməyib. Bu, slovakiyalı Matyaz Trboviçlə almaniyalı Moritz Plakfinin 1/32 final görüşünün nəticəsinə əsasən bəlli olacaq.

66 kq
Nicat Şıxəlizadə də Orxan kimi 1/16 finaldan mübarizəyə qoşulacaq. Lakin, Səfərovdan fərqli onun rəqibi artıq məlumdu. Bu, almaniyalı Manuel Şeybeldi.

Qadınlar, 48 kq
Ölkəmizi qadınların ən yüngül çəki dərəcəsində ölkəmizi Aişə Qurbanlı təmsil edir. 24 yaşlı cüdoçumuzun ilk görüşü 1/16 finala təsadüf edir ki, o, mükafatlar uğrunda mübarizəni davam etdirmək üçün türkiyəli Gülkadər Şəntürkü üstələməlidi.

52 kq
Antalya Qran Pri-sinin bürünc mükafatçısı Nəzakət Əzizova Avropa çempionatında ilk görüşünü 1/16 final mərhələsində macarıstanlı Reka Puppa qarşı keçirəcək.

Xəbər 1949 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +