Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


25.04.2025  11:28 

“Kapital Bank” müştərini necə tələyə salır?





A+  A-

Bank sektorunda istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. İstehlakçılara natamam məlumat verməkə işlərini bitmiş hesab edirlər. Halbuki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin 2-ci ən böyük bankı olan “Kapital Bank” bu yolla əlavə qazanc əldə etməyə çalışır.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev yazıb. O bildirib ki, “Kapital Bank” müşstərisinə özlərinin səhvini başa sala bilməyib:

“Təxminən 1 ilə yaxındır ki, “Kapital Bank”ın Birbank kredit kartından istifadə edirəm. ASAN Xidmətdə təklif edildi və mən də hər ehtimala qarşı onu götürdüm. Vəziyyət elə gətirdi ki, hər ehtimala qarşı götürdüyüm kartı aktiv işlətməyə başladım. Sözüm onda deyil. Kartın üzərində CASHBACK yazıldığından tətbiqdə nə qədər vəsait yığıldığını axtarmağa başladım. Məlum oldu ki, heç nə yığılmayıb. Bankla əlaqə saxladığımda məlum oldu ki, kateqoriyanı seçməmişəm.

Zəng vurduğum əməkdaşa izah etməyə çalışdım ki, bu kartı mənə verəndə nə cashback barədə məlumat verilib, nə də kateqoriyanın seçilməsinin vacibliyi barədə. Üstəgəl bildirdim ki, kateqoriya seçimi funksiyası bəlkə də son 1 ildə tətbiq edilməyə başlanıb. Buna qədər seçim yox idi. Ona görə müştəriyə detallı məlumat verilməli idi. Amma faydası olmalı. Öz səhvlərini həmişəki kimi müştərinin boynuna atmağı çıxış yolu olaraq seçdilər.

İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Halbuki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin 2-ci ən böyük bankı olan “Kapital Bank” bu yolla əlavə qazanc əldə etməyə çalışır”.


Xəbər 589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +