Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


16.04.2025  11:42 

Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

XəzərNews.az xəbər verir ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Z.Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xatırladaq ki, Himalay Qabil oğlu Məmişov dünən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.


Xəbər 1226 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +