Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


09.03.2022  09:59 

Qadın ərini harada bıçaqlayıb: Polisdə, yoxsa?





A+  A-

Daxili İşlər Nazirliyi Xətai rayonunda 34-cü Polis Şöbəsinin həyətində qadının ərini kürəyindən bıçaqlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib: "Daha sonra həmin şəxs polislər tərəfindən Şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib.

Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.

Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil".

Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

Xəbər 4695 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +