“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı
Putin Avropaya hakim olmaq istəyir - Budris
Nigar Fərhada görə “Kanal S”in yayımı dayandırıldı
Müəllimlərə “hinduşkabaş” demişdi, işdən çıxarıldı
Şeyx bayram namazından İrana görə imtina edib?
“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?
Hərbi xidmətə növbəti çağırış başladı


07.10.2021  20:33 

Bəxtiyar Hacıyev: “Polis məni döydü, kobud söyüş söydü“





A+  A-

"Həkimə gedirəm, Vilayət Eyvazova da müraciət etmişəm"

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 7-də günaorta saatlarında polis tərəfindən fiziki təzyiqə məruz qaldığını deyir.

Bəxtiyar Hacıyev Meydan TV-yə deyib ki, polisin ona yetirdiyi xəsarətlə bağlı həkimə müraciət edib: "İndi həkimə gedirəm. Polis vaxtilə sınan qoluma vurduğu üçün qaldıra bilmirəm".

O, hadisənin saat saat 15:00 radələrində baş verdiyini söyləyib: "Ofisə getmək istəyəndə, yolun bağlandığını gördüm. Piyada keçmək istədim, dedilər ki, olmaz. Mən də bir az gözlədim. Yolun boş olduğunu görüb, telefonla boş yolun fotosunu çəkdim. Bu zaman bir polis əməkdaşı mənə yaxınlaşdı, vəsiqəmi istədi. Mən də şəxsiyyət vəsiqəmi təqdim etdim. "O vəsiqə yox, başqa vəsiqəni verin, yolu çəkməyə icazə olan vəsiqə", - dedi. Ona: “Yolun şəklini çəkmək üçün vəsiqə lazım deyil”, - dedim və şəxsiyyət vəsiqəmi geri istədim. Bildirdim ki, digər tərəfdən keçib ofisə getmək istəyirəm. Polis isə vəsiqəmi qaytarmayaraq məni hədələməyə başladı ki, səninlə hələ işim çoxdur, gözlə. Mən polisə dedim ki, o zaman ofisə göndərərsiniz, mən gedirəm. O isə çox kobudca qışqırıb kəmərimdən və qolumdan yapışdı. Ona vətəndaşla belə danışa bilməyəcəyini bildirəndə yanındakı polisdən gözyaşardıcı bibər qazı istədi, amma vermədilər".

B.Hacıyev iddia edir ki, bu mübahisədən sonra onu zorla Post Patrul Xidməti maşınına mindiriblər: "Məni itələyərək maşına mindirdi və özü də mindi. Maşına girən kimi başladı tərbiyəsizcə qolumdan vurmağa, təhdid etməyə və küçə söyüşləri söyməyə. Əlbəttə ki, cavabını verdim və dava başladı. Bu zaman polis maşınının qapısını açıb, ətrafdakı vətəndaşlara səsləndim ki, biriniz "102 Xidməti"nə zəng edin. Əlində telefon olan bir vətəndaşı da maşına otuzdurub, Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə gətirdilər. Orada mübahisənin səbəbini soruşanda dedim ki, vətəndaşla kobud, söyüşlə danışır. Bundan sonra yenə söyüş eşitdim və üstümə quldur kimi hücum çəkdi. O mənə nə dedisə, mən də özünün başa düşəcəyi dildə cavabını verdim. Ətrafında özü ilə gələn bir neçə həmkarı olsa da, biri də müdaxilə etmədi. Bir neçə il əvvəl sınmış sol qolumdan bir neçə dəfə yumruqla vurdu. Poqonlarını çıxarıb, üstümə hücum çəkməyə başladı. Mənimlə olan vətəndaş da heç bir günahı olmadan bölməyə gətirildiyini, övladının Bakını tanımadığını, şəhərdə onu gözlədiyini desə də, həmin polis onun da adını raporta yazıb, bölmədən getməsinin qarşısını aldı".

B.Hacıyevin sözlərinə görə, onları bir müddət saxladıqdan sonra rəisin qəbuluna aparıblar: "Vəziyyəti izah etsəm də, xəbərdarlıq etdilər ki, Prezident korteji keçəndə küçəni çəkmək olmaz, buraxdılar".

O, daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini deyir.

"Hörmətli Vilayət müəllim, zəhmət olmasa, polislərinizin psixoloji durumunu, özlərini aparmaq qaydalarını, tərbiyələrini təkrar gözdən keçirin. Vətəndaş narkoman da ola bilər, içkili də, dəli də, amma polis həmin dəqiqə özünü küçə banditi kimi aparmamalıdır. Bölmədə kamera görüntülərinə baxın, görün bölmədə özünü bandit kimi aparan adam küçədə özünü necə aparır. Əgər “vətəndaşla ən xırda narazılıq yaranan kimi söyüş söyün, vurun” tapşırığını birbaşa siz verməmisinizsə, belə varlıqları təmizləyin strukturunuzdan. Yoxsa, biri ictimai fəal döyür, biri qazi döyür, biri yoldaşını bölmədə güllələyir... Polis dövlət büdcəsindən ona görə maliyyələşmir ki, vətəndaşa qarşı bandit kimi davransın. Ona görə maaş alırlar ki, vətəndaşa xidmət etsinlər, bir problem olanda da mədəni şəkildə yaxınlaşıb, izah etsinlər, daha üstünə forma geyinən kimi özlərini qoçu zənn etməsinlər, vətəndaşı hədələməsinlər", - deyə Hacıyev müraciətində qeyd edib.

XəzərNews

Xəbər 2440 dəfə oxunub.




01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub


BÜTÜN XƏBƏRLƏR +