Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


04.11.2022  21:55 

33 milyard 300 milyon manatlıq büdcə xərcləri...





A+  A-

“2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da yüksəldilməsini, ordu quruculuğunun daim müasirləşdirilməsini ən ümdə və prioritet vəzifələr sırasına daxil edib. Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, rəşadətli Ordumuzun gücünün və qüdrətinin daim artırılmasını tələb edir. Qeyd olunan çağırışlar fonunda növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bu da cari illə müqayisədə 6,6 faiz çoxdur. Bununla yanaşı, əsas prioritet vəzifələrdən biri kimi qəbul edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 5 milyard 244 milyon manat, o cümlədən strategiyanın əsaslı xərclər komponenti üzrə 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin əsaslı xərclərin 3 milyard manatlıq hissəsi məhz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın təmin etdirilməsi üçün yaşayış və qeyri-yaşayış infrastrukturunun tikintisinə və digər tədbirlərə yönəldiləcək”.

Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +