Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.12.2019  10:38 

Təmir olunan yolla bağlı NARAZILIQ





A+  A-

Bakının Xətai rayonunda yollarda aparılan təmir işləri narazılıqla qarşılanıb.
XəzərNews.az-a müraciət edən Məzahir Rüstəmov küçəsinin sakinləri bildiriblər ki, yolda aparılan daralma nəqliyyatın hərəkətini daha da iflic edəcək: “Yolun təxminən 1 kilometr hissəsi hər tərəfdən 1metr daraldılır. Bu küçədə 2 məktəb, 2 lisey var. Valideynlər uşaqlarını dərsə gətirərkən maşını saxlayanda bu yolda hərəkət tamam dayanacaq. Çünki yalnız hərəkət üçün iki zolaq alır, dayanıb kimisə düşürtməyə yer qalmayıb. Yaxın vaxtlarda da rayon icra hakimiyyəti səkini təmir edərək abadlaşdırmışdı”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin yolda təmir işləri Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə həyata keçirilir.

BNA-nın sözçüsü Mais Ağayev isə bildirib ki, yenidən qurulan və ya əsaslı təmir olunan küçələrlə bağlı layihə hazırlanan zaman diqqət yetirilməli olan ən vacib məqam piyada təhlükəsizliyi ilə bağlıdır: “Bu ünvanda da layihə hazırlanan zaman piyada təhlükəsizliyi əsas faktor olaraq götürülüb. Digər bir yandan piyada təhlükəsizliyi ilə bağlı tədbirlər görülməsi yolun daralmasına səbəb olmur. Orda avtomobillər üçün olan hərəkət zolaqlarının parametrləri norma daxilində, hətta bir qədər artıqdır. Bundan əlavə qeyd edilən küçədə nəqliyyat vasitələri üçün parklanma yerləri də təşkil olunacaq”.

Xəbər 2984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +