Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.05.2020  17:23 

İsraildə anomal istilər meşə yanğınlarına səbəb oldu





A+  A-

İsraildə havanın yüksək temperaturu və rütubətliliyin az olması meşə yanğınlarına yol açıb.
XəzərNews.az İsrailin “Ynetnews” informasiya agentliyinə istinadən xəbər verir ki, meteorologiya üzrə mütəxəssis Nahum Malikin sözlərinə görə, bəzi ərazilərdə rütubət 10%-dən çox olmadığına görə bu da əksər yanğınlara səbəb olub.

Səlahiyyətlilər yanğın yaşayış binalarına yaxınlaşdığına görə ölkənin şimal bölgələrinin sakinlərinə təxliyyə olunmağı tövsiyə edib. Qüds yaxınlığında yerləşən Qeva-Binyamin qəsəbəsi isə bu yaxınlarda yanğınlara görə təxliyə edilib.

Ölkədəki bu cür hava şəraitinin cümə gününə qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, anomal istilər elektrik enerjisi istehlakında maksimum artıma səbəb olmuş, bu da elektrik enerjisinin verilməsində fasilələrə səbəb olmuşdu. Son günlər ərzində İsraildə günvurmadan iki nəfər həyatını itirib. İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan maska taxmaq qaydasını isə istilər səbəbindən ləğv edib.

Xəbər 1586 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +