Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


11.01.2018  21:43 

Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, Seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilib.

4. 47.9-cu maddədən “vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılıb.

6. 54-cü maddə üzrə:
6.1. 54.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilib: “Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalarblokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;

6.2. 54.10-cu maddənin birinci cümləsində “Namizədin qeydə alınmasından” sözləri “İrəli sürülmüş namizədin təsdiq olunmasından” sözləri ilə əvəz edilib.

7. 59.3-cü maddənin dördüncü cümləsində “İmza” sözü “Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza” sözləri ilə əvəz edilsin.

21. 175.3-cü maddə üzrə:

21.2. ikinci cümlə aşağıdakı redaksiyada verilib:

“Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.”;

21.3. aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilib: “Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.”.

22. 176-cı maddə üzrə:

22.3. aşağıdakı məzmunda 176.2-1-ci maddə əlavə edilib:

“176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir”.

Xəbər 1784 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +