Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.03.2021  15:48 

Fermerlərə ödənilən əkin subsidiyası əmsalları artırıldı





A+  A-

Dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Xəbər 2098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +