Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.12.2023  14:32 

Ersin Tatar Sadır Caparovla görüşüb - Bişkekdə





A+  A-

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar Bişkekdə rəsmi münasibətlər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Caparov ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüş təxminən bir saat yarım davam edib. Bir müddət təkbətək görüşən Tatar və Caparov daha sonra nümayəndə heyətləri arasında görüş keçiriblər. Heyətlər arasındakı görüşdə İctimai işlər və Nəqliyyat naziri Erhan Arıklı, Prezidentlik nümayəndələri və səlahiyyətlilər iştirak edib.

Görüşdə Kipr problemi ilə bağlı irəliləyişlər, Türk Dünyası ilə Qırğızıstan başda olmaqla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələr, təhsil və turizm kimi sahələrdə potensial problemlər müzakirə edilib.

Prezident Ersin Tatar görüşdən sonra mətbuata açıqlamalar verib. Ersin Tatar əvvəlcə prezident Sadır Çaparovla təkbətək görüşdüyünü, daha sonra nümayəndə heyətləri arasındakı görüşlə davam etdiyini qeyd edib. O, bildirib ki, görüşlərdə Kipr məsələsinin hazırkı mərhələsi, Kipr türk xalqına qarşı edilən haqsızlıqlar, iki dövlət siyasətinin səbəbi və Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan işlər müzakirə olunub.

Xəbər 1025 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +