Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.10.2023  21:39 

Bəxtiyar Hacıyev aclıq aksiyasına başlayıb





A+  A-

“Bəxtiyar Hacıyev oktyabrın 2-dən həbs qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb”.

Xəzərnews.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Ülviyyə Əli məlumat yayıb.

Qeyd olunub ki, bu gün Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov bildirib ki, Bəxtiyar onu 1 saylı Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətirdiklərini deyib:

"Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməməyə gətirilərkən əmələ gəlib. O, qabaqcadan məhkəmədə iştirak etməyəcəyi ilə bağlı ərizə yazıb. Buna baxmayaraq, zorla məhkəməyə gətiriblər".

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

Xəbər 7170 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +