Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.08.2020  11:09 

“Rusiyanın COVID-19 peyvəndi yetərincə test edilməyib”





A+  A-

“Rusiyanın COVID-19 peyvəndi yetərincə sınaqdan keçirilməyib”.
XəzərNews.az “TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan bildirib. Onun sözlərinə görə, bu qədər erkən dövrdə peyvəndləməyə başlamaq təhlükəli ola bilər.

“Milyonlarla, hətta milyardlarla insanı erkən peyvənd etməyə başlamaq təhlükəli ola bilər. Mən Rusiyada baş verənlərə çox şübhə ilə yanaşıram. Əsas problem rusların bizə çox şey izah etməməsidir. Bu, kifayət qədər test edilmədi”,- deyə Şpan qeyd edib.

Nazir pandemiya dövründə belə sınaqların aparılmasının və nəticələrin xalqa açıq elan edilməsinin etibarlılıq baxımından çox vacib olduğunu da sözlərinə əlavə edib.

Xatırladaq ki, avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin “Gamaleya” İnstitutu tərəfindən istehsal edilən ölkənin ilk COVID-19 peyvəndinin Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndiyini açıqlamışdı.

Xəbər 2040 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +