Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.10.2023  11:55 

Şəbnəm ikinci qayınanası ilə niyə danışmır?





A+  A-

"Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var".

Xəzərnews.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "7 tamam" verilişində deyib.

O, ikinci qayınanası ilə danışmadığını etiraf edib:

"İkinci qayınanamla (oğlu Əlinin ata nənəsi - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...".

Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb.

Xəbər 1152 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +