Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


12.05.2023  09:00 

Ruslar Ukrayna ərazisinə 6 raket atdı





A+  A-

Son 24 saat ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə düşmənin 59 aviazərbəsi və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 95 atəş, həmçinin altı raket zərbəsi qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 12-də Facebook-da səhər xülasəsində məlumat verib.

“Son sutka ərzində düşmən Slavyansk, Konstantinovka [Donetsk vilayəti] və Zaporojye şəhərləri daxil olmaqla altı raket zərbəsi endirib”, - məlumatda deyilir.

Ümumilikdə, gün ərzində 60-dan çox Ukrayna yaşayış məntəqəsi Rusiya atəşinə məruz qalıb. Ən intensiv atəş və hava zərbələri Kupyansk, Baxmut, Zaporojye və Xerson istiqamətlərində qeydə alınıb.

"Mülki əhali zərər çəkib, şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Bütün Ukrayna ərazisində növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır, çünki Rusiya Federasiyası terror taktikasını dayandırmır", - Baş Qərargah bildirib.

Xəbər 908 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +