Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.12.2021  14:03 

Hikmət Hacıyev: “Azərbaycana təqdim olunan sülh ədalətli deyildi”





A+  A-

“Azərbaycan xalqı hər zaman sülhpərvər xalq olub. Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, ədəbiyyatına baxdıqda görərik ki, xalqımız həmişə sülh çağırışında və sülh axtarışında olub. Regionda da həmişə sülhün təmin olunması və möhkəmlənməsi istiqamətində ardıcıl səylər göstərib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın xarici siyasətində də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyaya həmişə sülh mesajlarını göndərib, regionda vaxtilə mövcud olmuş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan davamlı səylər göstərib:

“Amma sülh dedikdə, ilk növbədə, ədalətli sülhdən danışmaq lazımdır. Təəssüflər olsun ki, 30 ilə yaxın davam edən danışıqlar prosesində Azərbaycana təqdim olunan sülh ədalətli sülh deyildi. Bu, işğalın nəticələrinin qəbul edilməsi, Azərbaycan ərazilərinin işğal altında olmasını özündə ehtiva edən sülh idi ki, bu da Azərbaycan dövləti üçün qəbuledilməzdir”.

Xəbər 1196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +